Futbolçu dron uçurdu, qonşuları polisə şikayət etdi - QALMAQAL

Futbolçu dron uçurdu, qonşuları polisə şikayət etdi - QALMAQAL İdman

Rodri qonşuları ilə dron mübahisəsi ilə gündəmə gəlib.

News24.az-ın məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Salfordda qonşuları ilə mübahisə yaşayıb.

Sakinlər futbolçunun dronunu pəncərələrinə təhlükəli məsafədən yaxın uçurduğunu və şəxsi həyatlarına müdaxilə etdiyini iddia ediblər. Rodri gecələr dronla yüksək mərtəbədəki mənzillərin məxfiliyini pozmaqda ittiham olunub.

Sakinlər polisə və binanın konsyerjinə şikayət ediblər. Tikinti ilə bağlı “WhatsApp” qruplarında isə futbolçunun dronla çəkdirdiyi şəkillər paylaşılıb.

Məsələ hazırda Böyük Mançester Polisi və Mülki Aviasiya İdarəsi tərəfindən araşdırılır.