Futboldan uzaqlaşdırılmışdı: - Qayıtma tarixi açıqlandı
İdman
Ötən mövsüm "Milan"dan "Nyukasl Yunayted"ə transfer olunan Sandro Tonali İngiltərə Futbol Federasiyası tərəfindən qanunsuz mərc oynadığı səbəbilə 10 ay futboldan uzaqlaşdırılıb.
News24.az xəbər verir ki, Premyer Liqa komandası sosial media hesabından paylaşım edərək italyan futbolçunun 2 həftə sonra meydanlara qayıdacağını açıqlayıb.
Nyukasldan verilən açıqlama belədir:
“Sandro Tonali 10 aylıq futbol qadağası başa çatdıqdan sonra çərşənbə günü, avqustun 28-də yaşıl meydanlara qayıdacaq".

Günel Məlikzadə