"Futbolçularım çox məyus idi" - Qarabağın baş məşqçisi

"Futbolçularım çox məyus idi" - Qarabağın baş məşqçisi İdman

"Hava şəraiti hər iki komanda üçün eyni idi. Avropadan gələn komandalar il boyu eyni rejimdə və tempdə oynayırdılar. Kənardan baxıb oyundan həzz aldım".

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məqşçisi Qurban Qurbanov "Qarabağ" - "Ayaks" oyunundan sonrakı məbuat konfransında deyib.

Onun sözlərinə görə, qarşıdakı iki oyun Qarabağa çətinlik yaradacaq: "Onlar daha yaxşı idman formasında olacaq. Qarşıda iki çempionat oyunlarımız var. Başqa edəcək bir şeyimiz yoxdur. Eyni zamanda istirahət vaxtından faydalı istifadə etməli idik.

Futbolçularım çox məyus idi. Onlarda istəyirdilər ki, şansdan maksimum istifadə etsinlər. Lakin çox çalışdılar. Soyunma otağında onları görəndə çox kefsiz idilər. Bundan qabaq ki, oyunlarda qalib gəlmişiksə, sonrakı oyunlarda da qalib gələcəyik", – Qurbanov deyib.