“Galatasaray” azərkeşləri üçün pis xəbər

“Galatasaray” azərkeşləri üçün pis xəbər İdman

“Galatasaray”ın transfer gündəmində yer alan ulduz futbolçu Hakan Çalhanoğlu ilə bağlı gözləntilər puça çıxıb.

News24.az xəbər verir ki, klubun heyətini gücləndirmək üçün apardığı danışıqlar nəticəsiz qalıb və qarşı tərəf “Galatasaray”ın təklifini qəbul etməyib. Rəhbərliyin yüksək ümid bəslədiyi bu transferin baş tutmaması azarkeşlər arasında narazılıq yaradıb.

Qeyd olunur ki, klubun Hakan Çalhanoğlu ilə bağlı "İnter"ə göndərdiyi təklif nəticəsiz qalıb.