Gənc futbolçu vəfat etdi

Gənc futbolçu vəfat etdi İdman

Avqustun 22-də Uruqvayın Nacional komandası ilə Braziliya təmsilçisi Sao Paulo arasında keçirilən Libertadores Kuboku matçında huşunu itirən uruqvaylı futbolçu Xuan İzquierdo xəstəxanaya aparılıb. İlk tibbi yardım qruplarının müdaxiləsindən sonra müalicə olunub.

News24.az xəbər verir ki, 6 gün reanimasiyada müalicə olunan Xuan İzquierdo 27 yaşında dünyasını dəyişib.

Xəstəxanadan verilən açıqlamada, İzquierdonun aritmiya səbəbiylə ürək-tənəffüs tutulmasından sonra beyin ölümü keçirdiyi bildirilib.

27 yaşlı futbolçunun ölümündən sonra onun klubu Nacional başsağlığı yazıb.

Mesajda "Nacional Futbol Klubu, ürəyimizdəki ən dərin ağrı və təsirlə, sevimli oyunçumuz Xuan İzquierdonun vəfatını elan edir və ailəsinə, dostlarına, həmkarlarına, yaxınlarına dərin hüznlə başsağlığı verir. Bütün Nacional onun sağalmaz itkisi üçün kədərlənir. Hüzur içində yat, əbədi olaraq bizimlə olacaqsan" deyildi.

Qeyd edək ki, karyerasında “Serro”, “CA Penarol”, “Montevideo”, “San Luis” və “Liverpul” kimi klublarda da çıxış edən İzquierdo bu mövsüm “Nacional”la 23 matçda 1 qol vurub.

Günel Məlikzadə

Gənc futbolçu vəfat etdi