Gimnastımız bürünc medal qazandı

Gimnastımız bürünc medal qazandı İdman
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yarış qrupları yarışında Azərbaycan milli komandası ilk medalını qazanıb.

News24.az Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir ki, 12-14 yaşlıların mübarizəsində Məryəm Topçubaşova bürünc medala sahib olub.

O, hakimlərdən 19,000 bal alıb. İlk 2 yeri isə Rusiya təmsilçiləri Yelizaveta Rudneva (19,800 bal) və Leysan Kuperşmit (19,700 bal) tutub.

Qeyd edək ki, sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.