Göz yaşlarını saxlaya bilməyən Ronaldo meydanda tək qaldı
İdman
Portuqaliya – İspaniya matçının final fitindən sonra Kriştianu Ronaldo meydanda tək qalıb.
News24.az xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadakı son dünya çempionatı oyununu keçirib, lakin komanda yoldaşlarının əksəriyyəti onu dəstəkləmədən birbaşa paltardəyişmə otağına yollanıb.
Ronaldonun yanına ilk yaxınlaşanlar isə rəqib komandanın futbolçuları – Lamin Yamal və Mikel Merino olublar.
Portuqaliya millisindən yalnız Rafael Lean kapitanın yanına gələrək onu qucaqlayıb.
Məğlubiyyətdən sonra Ronaldo göz yaşlarını saxlaya bilməyib.
Kədərli halda meydanı tərk edən ulduz futbolçu daha əvvəl bu dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.
Bu səbəbdən İspaniyaya qarşı keçirilən görüş onun dünya çempionatlarındakı son oyunu kimi tarixə düşüb.