"Güclənərək geri dönəcəyəm" - Foto

"Güclənərək geri dönəcəyəm" - Foto İdman

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges rəsmi instaqram hesabında paylaşım edib.

Neews24.az xəbər verir ki, paylaşımda deyilir:

"Hər bir idmançının həyatında çətin anlar olur, amma bu, bizim özümüzdə baş verəndə inanmaq çətin olur.

Bununla belə, bu vəziyyət nə üzümdə təbəssümü, nə də hər şeyin bir prosesin tərkib hissəsi olduğuna olan inamımı ala bilər. Əminəm ki, bu təcrübədən çox şey öyrənərək və daha da güclənərək geri dönəcəyəm.

Mənə göstərdiyiniz bütün sevgi dolu mesajlara, qayğı və dəstəyinizə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizi çox sevirəm və hər birinizi qəlbimdə daşıyıram".

Xatırladaq ki, yarımmüdafiəçi ötən gecə keçirilən "Qarabağ" - "Çelsi" matçı zamanı zədələnərək meydanı tərk etmişdi. Kadi Borges 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Güclənərək geri dönəcəyəm" - Foto