Güləşçilərimiz dünya çempionatında bürünc medal qazandılar - FOTO

Güləşçilərimiz dünya çempionatında bürünc medal qazandılar - FOTO İdman


Azərbaycanın sərbəst güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında iki bürünc medal qazanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Hüseyn Hüseynov (55 kq) və Muxamed Qantemirov (110 kq) yarışda üçüncü yeri tutub.

Hüseynov bürünc medal uğrunda yarışda ermənistanlı Qaqik Qazaryana, Qantemirov isə gürcüstanlı Qiqiya Lukunidze qalib gələrək fəxri kürsünün üçüncü pilləsimə qalxıb.