Güləşçimiz erməni rəqibinin kürəyini yerə vurdu

Güləşçimiz erməni rəqibinin kürəyini yerə vurdu İdman
Azərbaycanın sərbəst güləşçisi Ramiq Heybətov İranın payaxtı Tehranda keçirilən “Day of children” turnirində bürünc medal qazanıb. 
Güləş Federasiyasının mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Ermənistan təmsilçisi ilə üz-üzə gəlib. 
O, rəqibini böyük hesabla məğlubiyyətə uğradıb - 19:6.