Günahkar Nərimandır? - Hər kəs onu işarə edir

Günahkar Nərimandır? - Hər kəs onu işarə edir İdman

Ötən gün "Ayaks"la keçirilən oyunda "Qarabağ"ın məğlubiyyətinin əsas səbəbkarı kimi hücumçu Nəriman Axundzadə göstərilir. Sosial şəbəkədə ona qarşı mənfi rəylər sürətlə artmaqdadır. Bəs, görəsən, "Ayaks"la oyunda məğlubiyyətin tək səbəbkarı kimi Nərimanı göstərmək doğru yanaşmadırmı?

Bu barədə News24.az-a danışan futbol eksperti və sabiq futbol funksioneri Ceyhun Sultanov qeyd edib ki, Nəriman Axundzadənin oyunda qol imkanları olmadığını nəzərə almaq vacibdir:

"Bilmirəm, Nəriman kimlərdəsə hansısa səbəblərdən qıcıq yaradıb, amma biz ona dəstək olmalıyıq. Oyun tək bir futbolçu üzərində qurulmayıb. "Ayaks"la oyunda hesabın 2:1 dəyişməsində Kaşuk Alekseyin də səhvi var idi, lakin bütün məsuliyyəti Nərimanın üzərinə atırlar.

Fikrimcə, bu gün hamımız Nərimana dayaq olmalıyıq. Xatırlayaq ki, Nəriman "Braqa"ya qol vurub mərhələni keçəndə onun haqqında belə danışılmırdı. Bizdə tez-tez belə bir tendensiya yaranır. Bir nəfər kimisə tənqid edir, digər hər kəs də ona qoşulur. "Ayaks"la oyunda Nərimanın qlobal səhvi olmayıb ki, "Qarabağ" məğlub olsun. Nəriman zəif oynaya bilər, bu hər bir futbolçuda ola bilər. Amma niyə məhz onun üzərinə düşülür, mən bunu anlamıram".

"Hazırda da vəziyyət belədir ki, bir nəfər Nərimani günahlandırır, digərləri də ona qoşulur. Əslində hər kəs oyunu diqqətlə analiz etsə, görər ki, məsələ Nərimanla bağlı deyil. Ona uğurlar arzulayıram və heçnəyə fikir vermədən oynamağa davam etməsini tövsiyə edirəm", - deyə o qeyd edib.