Hakan Çalhanoğlunun "Qalatasaray"a transferi gözlənilir

Hakan Çalhanoğlunun "Qalatasaray"a transferi gözlənilir İdman

Hakan Çalhanoğlunun yay transfer pəncərəsində “Qalatasaray”a keçəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu mövsüm zədələr səbəbindən “İnter”də diqqət mərkəzində olmayan türk futbolçu üçün “Qalatasaray” yenidən danışıqlara başlamağa hazırlaşır.

Qeyd olunur ki, Çalhanoğlu Türkiyəyə qayıtmaq ehtimalını istisna etmir və “Qalatasaray” onun transferini reallaşdırmaq niyyətindədir.

İtaliya mətbuatının məlumatına görə, əvvəllər “İnter” futbolçunu satmaq istəməsə də, yay transfer dövründə vəziyyət dəyişə bilər və tərəflər arasında danışıqlar başlaya bilər.