Hansi Flik “Sabah” haqqında danışdı: “Onlar futbol oynamağı sevən komandadır”

Hansi Flik “Sabah” haqqında danışdı: “Onlar futbol oynamağı sevən komandadır” İdman

“Sabah” futbol oynamağı sevən və müəyyən oyun sisteminə sadiq qalan komandadır”.

News24.az xəbər verir ki, bunu “Barselona” klubunun baş məşqçisi Hansi Flik UEFA "Çempionlar Liqası"nın əsas mərhələsində “Sabah”a qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin oyun üslubuna toxunaraq rəqibə hörmətlə yanaşdıqlarını vurğulayıb:

“Onlar konkret oyun sistemi çərçivəsində çıxış edirlər. Rəqibimiz ilk dəfə "Çempionlar Liqası"nda iştirak edir. Bu, "Çempionlar Liqası"dır və biz hər bir komandaya hörmətlə yanaşırıq. Bizim yanaşmamız məhz bundan ibarətdir”.