"Onun yoxluğu sabahkı qarşılaşmada hiss olunacaq"

"Onun yoxluğu sabahkı qarşılaşmada hiss olunacaq" İdman

“Lamin Yamal çox istedadlı futbolçudur. Ekstra səviyyədə oyun nümayiş etdirir və rəqib üçün ciddi təhlükə yaradır. Onun yoxluğu sabahkı qarşılaşmada hiss olunacaq”.

News24.az xəbər verir ki, bu fikirləri “Barselona”nın futbolçusu Frenki De Yonq “Sabah” – “Barselona” qarşılaşması öncəsi keçirilən mətbuat konfransında səsləndirilib.

Bildirilib ki, Yamalın meydana çıxmamasına baxmayaraq, Kataloniya təmsilçisinin heyətində kifayət qədər istedadlı futbolçu var:

“Biz qalib gəlməyə çalışacağıq. Artıq sıx oyun qrafikinə alışmışıq. Həftədə iki-üç oyun keçirmək asan deyil. Buna baxmayaraq, çalışırıq və sabahkı qarşılaşmaya hazırıq. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik. Müəyyən qədər yorğunluğumuz olsa da, bütün diqqətimizi qarşılaşmaya yönəltmişik və motivasiyamız yüksəkdir”.