Hernanes: “Milan” üçün oyun uğursuz oldu

Hernanes: “Milan” üçün oyun uğursuz oldu İdman

“Latsio” – “Milan” oyunundan sonra Hernanes matçın “Milan” üçün uğursuz keçdiyini bildirib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, komanda bu oyunda istədiyi nəticəni əldə edə bilmədi.

İtaliya çempionatında keçirilən oyunda “Milan” səfərdə “Latsio”ya 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu 26-cı dəqiqədə Qustav İsaksen vurub.

Bu məğlubiyyətdən sonra “Milan” turnir cədvəlində lider “İnter”dən daha da geri qalıb. “İnter” isə “Atalanta” ilə 1:1 hesablı heç-heçə edib.

Hernanes bildirib ki, komanda indi qarşıdakı oyunlara diqqət yetirməlidir və “Komo” ilə “Yuventus”la matçlara hazırlaşmalıdır.