Zəfər Günündə möhtəşəm qələbə: Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu

Zəfər Günündə möhtəşəm qələbə: Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu İdman

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

News24.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

Bununla da H. Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.