İdmançılar Olimpiya Oyunlarında zəhərləndilər - Bu ölkədə
İdman
Almaniyadan olan biatlonçular Yanina Hettix-Valts və Vanessa Foyqt, həmçinin çexiyalı idmançı Cessika Yislova İtaliyada keçirilən Olimpiya Oyunları zamanı zəhərləniblər.
News24.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri xəbər yayıb.
Məlumata görə, zəhərlənməyə səbəb qadınların fərdi yarışından sonra hoteldə yedikləri burgerlər olub.
Hettix-Valts və Yislova sprint yarışında iştirak edə bilməyiblər. Foyqt isə oxşar simptomlarla starta çıxsa da, yarışda 12-ci yeri tutub.
Hadisədən sonra biatlonçular yarış trasından təxminən üç kilometr aralıda yerləşən başqa bir yaşayış yerinə köçürülüblər.
Komandanın gələcəkdə belə hallarla qarşılaşmaması üçün biatlonçulara şəxsi aşpaz tərəfindən yemək təmin olunacaq.