İkardi ilə bağlı iddialara CAVAB VERDİ

İkardi ilə bağlı iddialara CAVAB VERDİ İdman

Mauro İkardinin agenti Elio Pino futbolçunun River Plate klubuna keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

News24.az xəbər verir ki, Elio Pino açıqlamasında bu məlumatların doğru olmadığını deyib və hazırda belə bir transferlə bağlı konkret razılaşmanın olmadığını vurğulayıb.

Mauro İkardinin "Galatasaray" ilə müqaviləsi iyun ayında başa çatır. Klub prezidenti Dursun Özbek mövsümün sonunda bu məsələ ilə bağlı qərar veriləcəyini bildirib.

Mətbuatda futbolçuya 1+1 illik yeni müqavilə təklif oluna biləcəyi yazılır. Həmçinin tərəflərin hazırkı məbləğdən daha aşağı maaşla razılığa gələ biləcəyi iddia olunur. Lakin hələlik rəsmi açıqlama verilməyib.