İlham Əliyev Kasım-Jomart Tokayevə təşəkkür etdi

  İlham Əliyev Kasım-Jomart Tokayevə təşəkkür etdi İdman

Prezident İlham Əliyev Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.

“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, paylaşımda deyilir.