İngilis klubu işçilərini yeməkdən məhrum etdi
İdman
İngiltərə Premyer Liqasının (EPL) klubu "Mançester Yunayted" pula qənaət etmək üçün oyun günü xidmət göstərən heyətə nahar qutularının verilməsini dayandırıb.
News24.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Əvvəllər işçilərə sendviç, konfet, cips və su verilirdi, lakin mövsümün ilk oyunu üçün nahar verilməyib. Bəzi işçilərdən korporativ müştərilər üçün hazırlanmış yemək qalıqlarını götürmələri istənilib.
Klub rəhbərliyi qərarlarını qənaət etmək istəyi ilə izah edib.
Məryəm İlhamqızı