İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atdı

İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atdı İdman

Futbol üzrə İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb.

News24.az-ın məlumatına görə, son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsində səfərdə Gürcüstanı məğlub etməklə (4:0) nail olub.

Komanda bütün yarışlarda ardıcıl 30 rəsmi matçda yenilmir. Yığma bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.

İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cu ilin iyununadək qeydə alınıb. Milli həmin vaxt ardıcıl 29 görüşdə uduzmayıb.(Report)