İspaniyada Yamal şoku – Heyətdən çıxarıldı

İspaniyada Yamal şoku – Heyətdən çıxarıldı İdman

İspaniya millisində gözlənilməz itki yaşanıb.

News24.az xəbər verir ki, 2026 FIFA Dünya Kubokunun seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq komandanın 18 yaşlı hücumçusu Lamin Yamal zədə səbəbindən heyətdən çıxarılıb.

İspaniya Futbol Federasiyasının açıqlamasında bildirilib ki, Yamal qasıq nahiyəsində ağrılar səbəbilə invaziv radiofrekans müalicəsi alıb və ona 7–10 gün istirahət tövsiyə olunub. Federasiya həmçinin bu müalicənin milli komanda həkimlərinə əvvəlcədən bildirilməməsindən narazılığını ifadə edib.

İspaniya millisi seçmə mərhələdə 15 noyabrda Gürcüstan, 18 noyabrda isə Türkiyə ilə qarşılaşacaq.