İtaliya klubunun prezidenti vəfat etdi
İdman
“Fiorentina”nın prezidenti Rokko B. Komisso dünyasını dəyişib.
News24.az xəbər verir ki, klubun rəsmi açıqlamasında onun uzunmüddətli müalicədən sonra 76 yaşında vəfat etdiyi bildirilib.
"Yeddi ildir kluba rəhbərlik edən Komissonun dövründə “Fiorentina” 2023 və 2024-cü illərdə UEFA Konfrans Liqasının, 2023-cü ildə isə İtaliya Kubokunun finalına yüksəlib. Komissonun adı klubun bazası olan “Viola Park”da əbədi yaşayacaq", - deyə məlumatda qeyd edilib.