"İtaliya millisində adımın çəkilməsi böyük şərəfdir"
İdman
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko İtaliya milli komandası ilə bağlı iddialara münasibət bildirib.
News24.az xəbər verir ki, o, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə müsahibəsində deyib.
40 yaşlı mütəxəssis Luçano Spallettinin yerinə İtaliya millisinin baş məşqçisi postuna namizədlər arasında adının çəkilməsini böyük fəxarət kimi dəyərləndirib:
“Namizədlər arasında olmaq böyük şərəf idi. Eyni zamanda Gennaro Qattuzonun seçilməsinə də sevindim. O, yüksək intensivliyə, güclü mentalitetə və peşəkarlığa malik mükəmməl məşqçidir”.
Hazırda “Fənərbağça”da işləməkdən məmnun olduğunu bildirən Tedesko gələcəkdə İtaliyada klub çalışdıra biləcəyini də istisna etməyib.