Juninyo 7 aydan sonra “Flamenqo”da qol vurdu - Video
İdman
"Qarabağ"ın sabiq forvardı Juninyo uzun müddət sonra qol vurub.
News24.az xəbər verir ki, "Flamenqo"da çıxış edən braziliyalı hücumçu komandasının "Sport Resife" ilə oyununda fərqlənməyi bacarıb.
Meydana 56-ci dəqiqədə daxil olan 27 yaşlı hücumçu 5 dəqiqə sonra komandasını hesabda önə keçirən qola imza atıb.
O, 7 aydır bu sevinci yaşaya bilmirdi.(Offsideplus.az)
Onun qolunu sizə təqdim edirik: