Kadi Borges ÇL-nin iştirak ərizəsindən çıxarıldı - Foto

Kadi Borges ÇL-nin iştirak ərizəsindən çıxarıldı - Foto İdman

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik edilib.

News24.az xəbər verir ki, Joni Montiel komandanın sifariş vərəqəsinə daxil olunub.

İspaniyalı yarımmüdafiəçi, “Çelsi” ilə keçirilən Çempionlar Liqasının oyununda (2:2) xəsarət alan və uzun müddət meydanlardan uzaq qalacaq Kadi Borgesi əvəzləyib. Braziliyalı futbolçunun 8–10 həftə oynamayacağı və 2025-ci ilə qədər meydana çıxmayacağı bildirilir.

Bu dəyişiklik cari mövsümdən UEFA Çempionlar Liqasının əsasnaməsinə əlavə edilən yenilik sayəsində mümkün olub. Yeni qaydaya əsasən, klublara uzunmüddətli zədə alan oyunçularını digər futbolçu ilə əvəz etmək hüququ verilir.

Qeyd edək ki, ilk 4 turdan sonra 7 xal toplamış “Qarabağ” növbəti matçını səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-də baş tutacaq.

Kadi Borges ÇL-nin iştirak ərizəsindən çıxarıldı - Foto