Kadi növbəti oyunda oynayacaq? – Qurbanov açıqladı

Kadi növbəti oyunda oynayacaq? – Qurbanov açıqladı İdman

"Bizim bəzi oyunçularımız var ki, ola bilsin oyunun sonunda oynayır, yaxud da qol vurmur, lakin oyunun balansını qoruyub saxlamaq üçün vacib oyunçulardandır".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan çempionu "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Ayntaxtrt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Zubir komandada ən çox topla davranan oyunçulardan biridir:

"Digər oyunçular 50, 60 dəfə topla oynayırsa, Zubir hər oyunda 70 dəfə topla oynayır. Ümumilikdə Zubirin oyunundan olduqca razı qaldım".

Baş məşqçi eyni zamanda Kadinin vəziyyəti barədə də fikirlərini bölüşüb:

"Kadinin ayağı hələ ki tam sağalmayıb. "Lİiverpul"la oyunda Kadi olmayacaq".