Karateçisi beynəlxalq turnirdən medal qazandı

Karateçisi beynəlxalq turnirdən medal qazandı İdman
16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.

News24.az  xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Ona qədər U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.