Karvan-Yevlax" bu gün "Şamaxı"nı qəbul edəcək
İdman
Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.
News24.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək.
Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.
Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.
Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı.