"Karvan-Yevlax" "Sabah"ın futbolçusunu icarəyə götürdü
İdman
"Karvan-Yevlax" müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
News24.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.