“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım - Video

“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım - Video İdman

Qazaxıstanın “Kayrat” futbol klubu Tiktok hesabında “Qarabağ”la bağlı maraqlı paylaşım edib.

News24.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirində Liqa mərhələsində mübarizəni dayandıran komanda “Qarabağ”a uğurlar arzu edib.

Cizgi filmi obrazları ilə hazırlanan videoda bu sözlər yer alıb:

“Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən”.

Qeyd edək ki, “Kayrat” ÇL-in liqa mərhələsini 36-cı yerdə tamamlayıb.(axar)