Keçmiş "Qalatasaray" futbolçusunun yeni klubu bəlli oldu

Keçmiş "Qalatasaray" futbolçusunun yeni klubu bəlli oldu İdman

“Qalatasaray”ın sabiq futbolçusu Yunes Belhanda Qətər Liqasında yeni kluba keçib.

News24.az xəbər verir ki, 35 yaşlı mərakeşli yarımmüdafiəçi “Əl-Sailiya” ilə müqavilə imzalayıb.

Klub transferi "X" sosial şəbəkə hesabında futbolçunun komanda formasında fotosunu paylaşaraq “Xoş gəlmisiniz, Belhanda” mesajı ilə açıqlayıb.

Qeyd edək ki, Belhanda son olaraq Qətərin “Əl-Şamal” klubunda çıxış edib.