Kənan Yıldız 50 illik rekorda bir qol uzaqda

Kənan Yıldız 50 illik rekorda bir qol uzaqda İdman

Kənan Yıldız 50 ildən çoxdur qırılmayan rekordu yeniləməyə bir qol uzaqdadır.

News24.az xəbər verir ki, “Yuventus”la müqaviləsini 2030-cu ilə qədər uzadan gənc futbolçu imzadan sonra ilk qolunu vurmaq istəyir.

Turin təmsilçisi sabah Çempionlar Liqasının "play-off" mərhələsində “Qalatasaray”la üz-üzə gələcək. Komanda zədəli Marcus Thuram olmadan meydana çıxacaq.

Yıldız bu mövsüm A Seriyasında 8 qol vurub. O, növbəti matçlarda fərqlənsə, 1970/71 mövsümündən sonra 21 yaşına çatmamış bir mövsümdə 9 qol vuran ilk “Yuventus” futbolçusu olacaq. Bu göstəriciyə sonuncu dəfə Roberto Bettega imza atıb.