Kənan Yıldız şoku: “Yuventus” istədiyi maaşı vermir, "Çelsi" hərəkə keçməyə hazırlaşır

Kənan Yıldız şoku: “Yuventus” istədiyi maaşı vermir, "Çelsi" hərəkə keçməyə hazırlaşır İdman

"Yuventus"la məşhur futbolçu Kənan Yıldız arasında yeni müqavilə danışıqları dalana dirənib.

News24.az xəbər verir ki, klub hücumçunun tələb etdiyi, illik təxminən 6 milyon avro civarında olan məbləği ödəmək imkanında deyil. Məlumata görə, İngiltərədən bir neçə klub – o cümlədən “Çelsi” vəziyyəti yaxından izləyir və yanvarda transfer üçün addım atmağa hazırlaşır.

Klub menecerinin sözlərinə görə, Kənanın nümayəndələrinin maaş tələbi "Yuventus"un maliyyə siyasətinə uyğun gəlmir. Futbolçuya maraq böyük olsa da, Kənan tərəfi danışıqlara təzyiq göstərmir və klubun yekun qərarını gözləyir.

Mütəxəssislər bildirirlər ki, “Çelsi”nin hücum xəttində məhsuldarlığının aşağı düşməsi Kənan kimi yaradıcı oyunçuya ehtiyacı artırır. Bununla belə, bir oyunçunun transferi ilə komandanın bütün problemlərinin həll olunacağı real görünmür.