"Kəpəz" "İmişli"yə, "Turan Tovuz" "Karvan-Yevlax"a qarşı

"Kəpəz" "İmişli"yə, "Turan Tovuz" "Karvan-Yevlax"a qarşı İdman

Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək.

News24.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. "İmişli" 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Turan Tovuz" autsayder "Karvan-Yevlax"ı sınağa çəkəcək. Bu görüş saat 18:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan Tovuz təmsilçisi 30 xalla 4-cü, "Karvan-Yevlax" 6 xalla 12-cidir.

Misli Premyer Liqası

II dövrə, XIX tur

14:30. "İmişli" – "Kəpəz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: İmanxan Sulatni.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Quba Olimpiya İdman Kompleksinin stadionu

18:30. "Turan Tovuz" – "Karvan-Yevlax"

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

"Azərsun Arena"

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib.