"Kəpəz" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

"Kəpəz" Küveyt klubu ilə yoxlama matçı keçirəcək İdman

"Kəpəz" klubunun yoxlama keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.

News24.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə görüşəcək.

İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.