"Kəpəz" "Sumqayıt"a böyük hesabla qalib gəldi

"Kəpəz" "Sumqayıt"a böyük hesabla qalib gəldi İdman

"Kəpəz" Misli Premyer Liqasının XXII turunda "Sumqayıt"ı məğlub edib.

News24.az xəbər verir ki, Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 2-ci dəqiqədə Ryonosuke Ohori, 19 və 40-cı (p) dəqiqələrdə isə Luis Paçu vurublar.

"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

"Kəpəz" 16 xalla turnir cədvəlində 10-cu sıraya yüksəlib. "Sumqayıt" isə 31 xalla altıncıdır.

Tura martın 1-də yekun vurulacaq.