Kilian Mbappenin zədəsi sağaldı

Kilian Mbappenin zədəsi sağaldı İdman

İspaniyanın "Real" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsi sağalıb.

News24.az xəbər verir ki, futbolçu La Liqanın IX turunda "Xetafe" ilə matçda meydana çıxmağa hazırdır.

Millinin düşərgəsində olarkən topuğundan zədələnən Mbappenin kollektiv məşqlərə qoşulduğu bildirilib.

Qeyd edək ki, "Xetafe" - "Real" oyunu oktyabrın 19-da keçiriləcək.(Report)