Kleberson Neymarın gələcəyi ilə bağlı iddia irəli sürdü

Kleberson Neymarın gələcəyi ilə bağlı iddia irəli sürdü İdman

Dünya çempionu olmuş keçmiş braziliyalı futbolçu Kleberson Neymarın gələcəyi ilə bağlı maraqlı fikir bildirib.

News24.az-ın məlumatına görə, Kleberson Neymarın gələcəkdə ABŞ-də oynaya və yenidən Lionel Messi ilə eyni komandada çıxış edə biləcəyini deyib. Onun sözlərinə görə, futbolçunun "İnter Miami" klubuna transferi mümkün variantlardan biridir.

Qeyd olunur ki, Neymar son illərdə tez-tez zədələnir və bu səbəbdən karyerasını nə vaxt bitirəcəyini dəqiq bilmir. Futbolçu özü də gələcəyi barədə hələ qərar vermədiyini bildirib.

Hazırda Neymar karyerasını "Santos" klubunda davam etdirir və həm klub, həm də Braziliya millisi üçün vacib mövsüm keçirdiyini deyib.