"Kapitan komandanın nümunəvi üzvüdür, bu davranış yaraşmadı"
İdman
Türkiyənin “Fənərbağça" basketbol klubunun kapitanı Melih Mahmutoğlu İstanbulda keçirilən yoxlama zamanı sərxoş halda avtomobil idarə edərkən saxlanılıb.
News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, polis tərəfindən aparılan alkoqol testində təcrübəli basketbolçunun qanında 1,15 promille spirt aşkar edilib və bu, qanuni hədd olan 0,50 promilleni üstələyir. Nəticədə Mahmutoğlunun sürücülük vəsiqəsi əlindən alınıb, ona inzibati cərimə tətbiq olunub.
Hadisə sosial şəbəkədə "Fənərbağça" azarkeşləri arasında böyük reaksiyaya səbəb olub. “Kapitan komandanın nümunəvi üzvüdür, bu davranış ona yaraşmadı" kimi şərhlər yazılıb.
Klubdan hələ rəsmi açıqlama verilməyib, yaxın günlərdə intizam prosesi ilə bağlı qərar gözlənilir.
Nilufər