Klublar bu futbolçu üçün hərəkətə keçdi - 105 milyon avro

Klublar bu futbolçu üçün hərəkətə keçdi - 105 milyon avro İdman

İngiltərə çempionu "Arsenal" argentinalı məşhur hücumçu Xulian Alvares üçün "Atletiko Madrid" klubuna 105 milyon avro təklif edib.

News24.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, tərəflər arasında danışıqlar intensiv şəkildə davam edir.

"Real Madrid" və "Barselona" da futbolçu ilə maraqlanıb, lakin "Atletiko Madrid"in rəhbərliyi rəqiblərini gücləndirmək istəmədiyi üçün bu variantları nəzərdən keçirməyib.

Fransa çempionu və “Çempionlar Liqası”nın qalibi PSJ də Alvaresi transfer etmək istəyir.

“Transfermarkt” portalının qiymətləndirməsinə görə, 26 yaşlı hücumçunun dəyəri 100 milyon avrodur.

Onun "Atletiko Madrid" ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayınadək qüvvədədir.