Komanda yox, əsl ordu – Yankoviçdən şok etiraf
İdman
"Qurban Qurbanov haqqında kitab yaza bilərəm. Onda olan ambisiya, iradə və inadkarlıq… Həmişə daha yaxşı olmağa çalışır və bunu oyunçularına ötürür. "Qarabağ" hər futbolçu üçün uyğun klub deyil. Bizim qrup əsl ordudur. Nəyi necə etmək lazımdırsa, dəqiq bilinir. Kim dözürsə qalır, dözməyən sərbəstdir".
News24.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Yarımmüdafiəçi həmçinin Avropa oyunları və azarkeş atmosferi barədə danışıb: "Liqa oyunlarında azarkeş çox olmur, amma Avropa oyunlarında stadion tam dolur. Qurbanov üçün orada həyat yoxdur – gərək xalqdan gizlənsin, çünki hamı onu sevir. O isə çox sadədir və 24 saat futbolla yaşayır".
Yankoviç bu mövsümün yaddaqalan keçdiyini vurğulayıb: "10 xalla mərhələ keçəcəyimizə ümid edirik. "Liverpul"a qarşı hədə-qorxu gəlmək ciddi olmazdı, amma biz hər oyunda əlimizdən gələni edirik. "Ayaks"la oyunda Qurbanov dedi ki, səhvləri təhlil edəcəyik. Cəsarətli oyununuz xoşuma gəldi".
Yankoviş keçmiş klubu “Partizan”la bağlı xatirəsini bölüşüb:
""Partizan" klubunun pula ehtiyacı var idi. Mən "SPAL"a keçdim və aldığım qonorarı "Partizan"a bağışladım. Sonra karyeramda çətin dövr olanda, gözləyirdim ki, heç olmasa "gəl bizimlə məşq elə" deyərlər. İnsanlıq baxımından bunu gözləyirdim. Amma eybi yox, mən "Partizan"ın uşağıyam, 10 ilim orada keçib. Peşman deyiləm". (mozzartsport.com)