Komaya düşən futbolçudan xəbər var

Komaya düşən futbolçudan xəbər var İdman

"Nottingem Forest"in hücumçusu Tayvo Avoniyi keçirdiyi əməliyyatdan sonra süni komadan çıxıb.

News24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Futbolçunun hazırda ailəsinin əhatəsində bərpa prosedurlarına başladığı və vəziyyətinin yaxşılaşdığı bildirilir.

Xatırladaq ki, nigeriyalı oyunçu Premyer Liqanın 36-cı turunun “Lester”ə qarşı oyununda zədələnmişdi. O, dirəyə çırpıldıqdan sonra bir müddət oyuna davam etsə də, sonradan əvəzlənmişdi.

Ertəsi gün klub həkimləri onun qarın nahiyəsində ciddi zədə aşkar etmişdilər. Zədənin dəqiq xarakteri açıqlanmasa da, bildirilib ki, müdaxilə olunmasaydı, bu zədə futbolçunun həyatına son qoya bilərdi. Bu səbəbdən ona təcili qarın boşluğu əməliyyatı aparılıb və sonradan oyunçu süni komaya salınıb.

\\\\Publika.az