Koxalski "Nyukasl"la oyunda iştirak edəcək? - Klubdan açıqlama

Koxalski "Nyukasl"la oyunda iştirak edəcək? - Klubdan açıqlama İdman

Ötən gün “Qarabağ” – “Nyukasl” oyunu öncəsi keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov qapıçı Mateuş Koxalskinin yüngül zədəli olduğunu və yenidən müayinədən keçəcəyini bildirmişdi.

Məsələ ilə bağlı News24.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qapıçının durumuna aydınlıq gətirib. O bildirib ki, Koxalski mətbuat konfransından sonra keçirilən məşqlərdə iştirak edib və hazırda səhhəti ilə bağlı heç bir problem yoxdur.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.