Kriştiano Ronaldonun Messi ilə bağlı sözləri gündəm oldu

Kriştiano Ronaldonun Messi ilə bağlı sözləri gündəm oldu İdman

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo illərdir müzakirə olunan “Messi, yoxsa Ronaldo daha yaxşıdır?” sualına ilk dəfə açıq cavab verib.

News24.az xəbər verir ki, Ronaldo jurnalist Piers Morganın proqramında bu sualla bağlı deyib: “Messinin məndən daha yaxşı olduğu fikri ilə razı deyiləm. Sadəcə, təvazökar olmaq istəmirəm".

Onun bu sözləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Proqram zamanı jurnalistin “keçən həftə milyarder oldun” sözlərinə isə Ronaldo gülərək cavab verib: “Bu doğru deyil, mən illər əvvəl milyarder olmuşdum".