Kriştiano Ronaldo “Almeriya”da pay sahibi oldu
İdman
Kriştiano Ronaldo yenidən İspaniya futboluna qayıdıb.
News24.az xəbər verir ki, portuqaliyalı ulduzun "CR7 Sports Investments" şirkəti vasitəsilə “Almeriya”nın 25 faiz səhmini aldığı açıqlanıb.
Hazırda İspaniyanın ikinci liqasında çıxış edən klub Ronaldonun sərmayəsi ilə gələcək üçün iddialı planlar qurur. Maliyyə detalları açıqlanmasa da, bu addımın “uzunmüddətli strateji investisiya” olduğu bildirilib.
Klubun yaydığı bəyanatda qeyd olunub ki, bu razılaşma prezident Məhəmməd Əl Xəreycinin rəhbərlik etdiyi "SMC Group"un beynəlxalq genişlənmə strategiyasının bir hissəsidir.