Kvaratsxeliyadan "Çelsi"yə möhtəşəm qol

Kvaratsxeliyadan "Çelsi"yə  möhtəşəm qol İdman

UEFA Çempionlar Liqasında "PSJ" "Çelsi"ni 5:2 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, oyunun ən yaddaqalan anlarından biri isə Xviça Kvaratsxeliyanın vurduğu möhtəşəm qol olub.

Matçın əvvəlində "PSJ" Bredli Barkolanın qolu ilə hesabı açıb. "Çelsi" isə Malo Qustonun qolu ilə bərabərliyi təmin edib.

Daha sonra Usman Dembelenin qolu ilə Paris təmsilçisi yenidən önə keçib. İkinci hissədə oyuna daxil olan Kvaratsxeliya isə iki qol vuraraq komandasının qələbəsində böyük rol oynayıb.

Beləliklə, "PSJ" gərgin keçən qarşılaşmada "Çelsi" üzərində 5:2 hesablı qələbə qazanıb.