La Liqa: "Barselona" 3 xalı 5 qolla qazandı

La Liqa: "Barselona" 3 xalı 5 qolla qazandı İdman

İspaniya La Liqasında XXVIII turun oyunları davam edir.

News24.az xəbər verir ki, günün ilk matçında "Malyorka" öz meydanında "Espanyol"u qəbul edib.

3 qolun vurulduğu qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Lider "Barselona" isə azarkeşləri önündə "Sevilya"nı sınağa çəkib. Kataloniyalılar rəqibinə 5:2 hesabı ilə qalib gəlməyi bacarıb.