Lamin Yamal “El Klassiko” öncəsi “Real Madrid”ə sataşdı

Lamin Yamal “El Klassiko” öncəsi “Real Madrid”ə sataşdı İdman

“Barselona”nın gənc futbolçusu Lamin Yamal “Real Madrid”lə qarşılaşmadan əvvəl verdiyi açıqlama ilə böyük səs-küy yaradıb.

News24.az xəbər verir ki, Yamal “Kings Liqa”da komandası “La Capital”in “Porcinos” ilə oyunundan öncə rəqibini “Real Madrid”lə müqayisə edib.

“Bəli, onlar "Real Madrid" kimidirlər. Həm qaydanı pozurlar, həm də şikayət edirlər", – deyə Yamal bildirib.

Bu sözlərdən sonra “Real Madrid” azarkeşləri sosial şəbəkə platformalarında Yamalı sərt tənqid ediblər.

Beləliklə, “El Klassiko”dan öncə gərginlik daha da artıb. “Real Madrid” və “Barselona” bazar günü saat 18:15-də Bernabeu stadionunda üz-üzə gələcək.

Xeyrənsə Piriyeva