Lamin Yamalın atası ofisiantın üzünə tüpürdü
İdman
"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamalın atası Munir Nasravi hava limanında dava salıb.
News24.az xəbər verir ki, bu barədə "El Español" məlumat yayıb.
Hadisə hava limanının kafeteriyasında baş verib.
Nasravi gödəkçəsini icazə verilməyən yerdə qoyub, bundan sonra ofisiant xanım ona irad bildirib.
Onların arasında mübahisə yaranıb və bu zaman futbolçunun atası qızın üzünə tüpürüb.
Hava limanındakı müştərilərdən biri ofisiantı müdafiə edib.
Nasravi onun da üzərinə hücum çəkib. O, həmin kişiyə stul atmağa cəhd edib.